Ukraynada müharibənin nəticələri| Günün sonunda uduzan Putin və Rusiya olacaq?
Bu mövqenin açıqlanmayan fərziyyəsi ondan ibarətdir ki, Putin Ukrayna daha az demokratik olsaydı və ya Rusiya ilə daha sıx bağlı qalsaydı, ona hücum etməzdi. Uyğun Ukrayna, şübhəsiz ki, işğal ehtimalını azalda bilərdi, lakin bu, mütləq şəkildə buna mane ola bilməzdi. Putinin müharibəsi XVIII və XIX əsrlərdəki Avropa münaqişələrindən fərqli olaraq torpaqların ələ keçirilməsi idi. Güc siyasətinə gəlincə, Putinin məqsədi Ukrayna və Sovet İttifaqının digər keçmiş tərkib respublikaları üzərində öz nəzarətini təsdiqləmək və Soyuq Müharibədən sonra itirilmiş ərazilərin bir hissəsini geri almaqdır. O, uzun müddət Sovet İttifaqının parçalanmasını və NATO-nun Rusiya sərhədlərinə qədər şərqə doğru genişlənməsini pisləyib.
Birləşmiş Ştatlar Rusiyanın apardığı müharibəyə bilmədən ortaq olub. ABŞ Soyuq Müharibənin qalibiyyətlə başa çatmasından sevinərək, keçmiş Sovet satrapiyalarını Qərb ittifaqına həvəslə qəbul etdi. Siyasi və iqtisadi liberalizm üçün dövlət mərkəzli idarəetmədən imtina etsələr də, keçmiş postsovet ölkələri gələcək Rusiya revanşizmi qarşısında ABŞ müdafiəsini təmin etmək üçün əsasən NATO-ya qoşuldular. Berlin Divarının yıxılmasından və Sovet İttifaqının dağılmasından sonrakı ağır günlərdə prezident Corc Buş və onun xələfləri, hətta Moskva ilə daha sıx əməkdaşlıq münasibətlərini nəzərdə tutsalar da, Soyuq Müharibə uğurlarını və ABŞ-ın şəfəqini tərənnüm etdilər.
Lakin o zaman Almaniyada KQB zabiti olan Putin üçün Soyuq Müharibənin sonu Rusiyanı dəhşətli sarsıtmışdı, bu, onun iqtisadiyyatının çökməsinə və Qərbin xoşməramlılığından asılılığına səbəb oldu. Putin 2000-ci ildə yazdığı “Birinci şəxs” kitabında qeyd edir ki, Rusiya o zaman heç vaxt mövcud olmamış kimi yoxa çıxmışdı. 1997-ci il Qarşılıqlı Münasibətlər, Əməkdaşlıq və Təhlükəsizlik haqqında NATO-Rusiya Qurucu Aktına və alyansın şərqə doğru genişlənməyəcəyinə dair bəyanata baxmayaraq, NATO Klinton və ikinci Buş administrasiyaları dövründə öz addımlarının potensial nəticələrinə biganə qalaraq israrla - əslində, ehtiyatsızlıqla genişləndi. Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında NATO-nun genişlənməsini kəskin tənqid etməsinə baxmayaraq, Buş bu barədə müttəfiqlərin etirazlarını sakitləşdirə bilib və bir il sonra Ukrayna və Gürcüstanı NATO-ya daxil etmək öhdəliyini götürüb.
2000-ci ildən, ilk dəfə prezident seçildiyi vaxtdan Putin dünya səhnəsində Rusiyanın gücünü bərpa edəcəyinə söz verib. Bunun üçün Rusiyanın keçmiş sovet respublikaları üzərində nəzarətini bərpa etmək lazımdır. 1999-2000-ci illərdə ovaxtkı baş nazir Putin Rusiya daxilində çeçenlərin azadlıq hərəkatını boğmaq üçün Şimali Qafqazda müharibə apardı. Bunun ardınca 2008-ci ildə Abxaziya və Cənubi Osetiya seperatçı qurumlarını zərərsizləşdirməyə çalışan Gürcüstanla müharibə və 2014-cü ildə Krımın ilhaqı baş verdi. Ukraynadakı hazırkı münaqişə də eyni şəkildə ölkənin müstəqilliyini pozmaq məqsədi daşıyır.
Zahirən bütün bu münaqişələr Rusiyanın soyuq müharibədən sonra verdiyi alçaldıcı itkiləri silmək məqsədi daşıyır. Lakin daha dərin səviyyədə onlar həm də psixoloji və mədəni cəhətdən vahid rus dünyasının “şanlı keçmişi”ni diriltmək istəyindən irəli gəlirlər (Russkiy mir). ABŞ kimi Rusiya da özünü monqol hökmdarlarını ram edən müstəsna ölkə kimi qəbul edir; müasirləşən çarlar Pyotr və Katerina adı altında Avropa və Asiyada torpaqları fəth etdi; və XIX əsrdə özünü çürümüş Qərbə mənəvi və mədəni baxımdan alternativ olan Üçüncü Roma kimi təqdim etdi. Putin deyir ki, məqsədi mənəvi cəhətdən iflasa uğramış Avropanı islahat etmək olan XIX əsrin slavyanfilləri kimi, ruslar da, öz üstün mənəvi dəyərlərinə və ənənələrinə riayət etməlidirlər.
Bununla belə, Putin Rusiyanın qlobal güc kimi yenidən doğulmasına analıq etmək istəyində İosif Stalinin təzahürü ilə müqayisə edilə bilən, hətta daha böyük olmayan paranoid meyllər nümayiş etdirir. Nüvə silahından istifadə təhlükəsi nasizmin hələ də gizləndiyinə, habelə ABŞ və NATO-nun Rusiyanın məhvinə səbəb olduğuna əmin olan bir şəxsin çılğınlığını ifadə edə bilər. Aydındır ki, Ukraynada müharibə yaxşı getməyib, zəif hərbi əməliyyatlar, maddi-texniki çatışmazlıqlar olub. Putin NATO-nun Ukraynaya hərbi dəstəyinin öhdəsindən gəlmək üçün qısa mənzilli nüvə silahlarına müraciət edə bilsə də, hazırda bu yöndə perspektiv azdır. ABŞ və müttəfiqləri təxribatçı ritorikadan ağıllı şəkildə çəkiniblər və Qərbin nüvə əməliyyatlarında heç bir dəyişiklik əlaməti yoxdur.
Buna baxmayaraq, Ukraynada müharibə daha da şiddətlənəcək. Rusiyanın hava və artilleriya zərbələri səngimir, şəhərləri və evakuasiya yollarını hədəf alır. Rusiyanın Çeçenistan və Suriyada tətbiq etdiyi yandırılmış torpaq taktikasını xatırladan Putin hərbi qələbəyə nail olmaq üçün günahsız insanları daha çox məhv edəcək. Lakin bu dağıntılar, həm də cəsarətli ukraynalıları vətənlərinin müdafiəsi üçün uzun sürən üsyan etməyə cəsarətləndirəcək. Putinin əsassız müharibəsindən mənəvi baxımdan qəzəblənən Qərb və onun demokratik tərəfdaşları Ukrayna prezidenti Vladimir Zelenskinin kömək xahişlərinə yüksək səslə cavab veriblər. Hərbi yardımdan əlavə, Avropada və ondan kənarda olan ölkələr Rusiya iqtisadiyyatına qarşı sarsıdıcı sanksiyalar tətbiq edib və onu dünya bank sistemindən ayırıblar. Korporasiyalar Rusiyada fəaliyyətini dayandırıb. Hər yerdə ictimaiyyət müharibə xəbərlərini yayımlamaq üçün rəqəmsal əsrdə yayılan texnologiyanın çoxsaylı formalarından istifadə edib.
Bu müharibənin necə başa çatacağı Ukrayna xalqının əzmindən, iqtisadi sanksiyaların sadə rusların həyatına təsirindən və onların davam edən münaqişəyə dözümlülüyündən, rus qoşunlarının bir çox hallarda xalqa qarşı döyüşmək üçün əhval-ruhiyyəsindən asılı olacaq. Vaşinqton Polşanın Ukraynaya MiQ-29 qırıcıları göndərmək təklifini rədd etsə də , “Stinger” yer-hava raketlərinin və digər silahların ötürülməsi Rusiyanın daha aqressiv addımlarına səbəb ola və müharibəni genişləndirə bilər. Rusiyanın Polşaya və ya Baltikyanı ölkələrdən birinə qarşı qisas əməliyyatı keçirməsi halında Vaşinqton müqavilənin 5-ci maddəsinin kollektiv müdafiə bəndinə istinad edəcək ki, burada da hər hansı NATO müttəfiqinə hücum onların hamısına qarşı hücum hesab olunur.
Məqsədi Avropa nizamını və qlobal sabitliyi bərpa etmək olan münaqişənin sonu üçün əlavə siyasi risklər var. ABŞ və Avropa, o cümlədən Ukrayna Rusiyanı qanunsuzluqlarına görə cəzalandırmaq istəyən ictimaiyyətin emosional təzyiqinə müqavimət göstərməlidir. Birinci Dünya Müharibəsindən sonra Almaniyaya qarşı cavab olaraq tətbiq edilən cəzalandırıcı tədbirləri təkrarlamaq doğru deyil, bu, Putin zorakılığının qurbanı olan günahsız rusları radikallaşdıra bilər. Daha da pisi, bu, Putinin surroqatı ilə gələcək münaqişənin toxumlarını səpə bilər.
Günün sonunda uduzan Putin və Rusiya olacaq. Ukraynanın sarsılmaz müqaviməti, sanksiyaların Rusiyanın zəif iqtisadiyyatına kumulyativ təsiri, o cümlədən Qərbin Rusiya neftinin idxalına qadağası və Putinin meqalomaniyası ilə həyatı alt-üst olmuş xalqın qarşılıqsız qəzəbi öz təsirini göstərəcək. Bu tez baş verməyəcək. Ukraynanın yaxın gələcəyi Rusiyanın işğalı və aramsız partizan müharibəsidir. Kütləvi etirazların Putini hakimiyyətdən uzaqlaşdıracağı qısa müddətdə mümkün olmasa da, mümkündür. Belə olan halda belə, Putinin iqtisadi cəhətdən çökmüş Rusiyada təsiri zəifləyəcək və liderliyə yeni iddiaçılar ortaya çıxacaq.
Bununla belə, Putin hakimiyyəti əlində saxlasa belə, ABŞ və onun Avropalı müttəfiqlərinin məqsədi hərbi münaqişəyə son qoymaq və Moskva ilə dialoqu bərpa etmək olmalıdır. Rusiyaya pariya kimi yanaşmaqdansa, onun Avropaya reinteqrasiyasına diqqət yetirilməlidir. Qarşılıqlı təhlükəsizlik, hərbi təlimlər və xüsusən də silahlara nəzarət üzrə müzakirələrin canlandırılması - ümumi məqsədlərə bağlılıq və sadiqlik nümayişi azaldılmış sanksiyalarla müşayiət olunmalıdır. İqtisadi sanksiyalarla xeyli zəifləmiş Putinin güclü əli yoxdur. Çin nə iflas ərəfəsində olan bir ölkənin dəstəkçisi ola bilər, nə də onun səylərinə görə Qərbin sanksiyalarının əvəzini ödəməyə hazır deyil. Coğrafi cəhətdən Avropadan uzaqlaşdırılan Pekin, Rusiyanın NATO ilə təhlükəsizlik əlaqələrinə vasitəçilik etmək vəziyyətində deyil.
Son oyun Rusiya qüvvələrinin Ukraynadan çıxarılmasını, Ukraynanın suverenliyinin tanınmasını və Putinin vurduğu dağıntıların əvəzini ödəməlidir. Putin Ukraynadan əliboş getməyəcəyi üçün Vaşinqton və onun müttəfiqləri bunun müqabilində bir sıra kompromislərə getməyə hazır olmalıdırlar: məsələn, Ukraynanın NATO-ya üzv edilməməsi, Rusiyanın Donetsk və Luqanskda üstünlüyünün tanınması, onların tamamilə müstəqil olması, Rusiyanın Krımı saxlaması və sanksiyaların mərhələli şəkildə aradan qaldırılması. Hərbi təhlükəsizliklə bağlı yenidən müzakirələrin aparılması da güzəştlər tələb edəcək. Ehtimallardan biri Rusiyanın Baltik dənizindəki Kalininqrad anklavından nüvə gücünə malik “İsgəndər” raketlərinin çıxarılması müqabilində Obama administrasiyası dövründə Rumıniya və Bolqarıstanda yerləşdirilən raketdən müdafiə sistemlərinin yığışdırılması ola bilər.
Böyük bir xalqın müdafiəçisi kimi bir miras buraxmaq niyyətində olan Putin, Rusiya gücünün və qürurunun bərpası kimi öz ictimaiyyətinə sülh sazişini tərifləməli olacaq. Vaşinqton və onun NATO-dakı müttəfiqləri ona bu narsist riffə icazə verməlidirlər. Rusiyanın Qərblə gələcək münasibətlərini siyasətçilər idarə edəcəklər, onların milli nüfuzu beynəlxalq münasibətlərin qaydalara əsaslanan sisteminin sabitliyinə töhfələri ilə müəyyən ediləcək.
Oxşar məqalələr
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ
-
“ABŞ-dan sonrakı regional sistemin əsasları” və Vaşinqton-Pekin toqquşması – STRATEJİ BAXIŞ
-
ABŞ-ın təhlükəsizlik narahatlıqları artır| Səudiyyənin uzaqlaşma strategiyası nəyə hesablanıb?
-
Balanslar dəyişir| ABŞ-ın sızdırılmış kəşfiyyat sənədləri nə deyir?
-
Sudan yeni “Liviya”ya çevriləcək?| Sudandakı böhranın tərəfləri və səbəbləri
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (III YAZI)
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (II YAZI)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı